8-ci sinif şagirdinin intihar səbəbi məlum oldu -VİDEO

8-ci sinif şagirdinin intihar səbəbi məlum oldu -VİDEO
Bütün Xəbərlər
15:00 24.03.2014
4602

15 yaşlı İlham Cəfərovun intihar etməsinə səbəb sevdiyi qızla aralarında yaranan soyuq münasibət olub

Bakıda məktəbli intihar edib. Hadisə Bakının Yasamal rayonu, Yeni Yasamal - 1 yaşayış sahəsində bina 4 ünvanında yaşayan 15 yaşlı İlham Cəfərov özünü yaşadıgı evin yaxınlığında yerləşən tikinməkdə olan binalarının birinin damında asıb. Sevgi hisslərinin daşa dəyməsi onu bu addımı atmamağa sövq edib.
Yeniyetmənin cansız bədənini ilk olaraq elə orda çalışan fəhlələr görüb və polisə məlumat veriblər.
Əraziyə cəlb olunan hüquq mühafizə oqanlarının əməkdaşları ilkin müayinələr apardıqdan sonra mərhumun meyiti daxili və xarici müayinə olunması üçün ekspertizaya aparılıb.
8-ci sinif şagirdi olan İlhamın məhəllə uşaqlarının sözlərinə görə, onun intihara etməsinə səbəb sevdiyi qızla aralarında yaranan soyuq münasibət olub.
Faktla bağlı Yasamal rayon prokuroluğunda cinayət işi başlanılıb. Araşdırmalar aparılır. Məktəblininin intihar etməsinin daha dəqiq səbəbləri araşdırılmadan sonra məlum olacaq.
 
OXŞAR XƏBƏRLƏR