8 yaşlı uşaq suda boğuldu

Bütün Xəbərlər
09:48 11.04.2011
1833
Saatlı rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbut xidmətinin məlumatına görə, hadisə rayonun Dədə Qorqud kəndinin ərazisində olub. 

Aprelin 9-da saat 10.00 radələrində kənd sakini, 8 yaşlı Şəhliyar Ağayev evdən çıxıb və geri qayıtmayıb.

Axtarış tədbirləri nəticəsində aprelin 10-da saat 07.40 radələrində Dədə Qorqud kəndinin ərazisindəki su kanalında Ş.Ağayevin suda boğulmuş meyiti tapılıb.

Hadisənin səbəbi araşdırılır.

OXŞAR XƏBƏRLƏR