Türkiyənin Adana şəhərində 8 yaşlı qız evdə tək olduğu vaxt tapançayla özünə atəş açıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya aparılan azyaşlının kritik vəziyyəti davam edərkən anası psixoloji sarsıntı keçirib.
Əldə olunan məlumata görə, ikimərtəbəli evin ikinci mərtəbəsində evdə tək olan qız tapançayla oynamağa başlayıb.
Uşaq bir müddət sonra tətiyə toxunaraq başından yaralanıb.
Tapança səsini eşidən yaralının anası dərhal evə qaçıb. Qızını qanlar içərisində görən ananın fəryadından sonra yaxınları da evə gələrək yaralı uşağı xəstəxanaya aparıb.
Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.
Nərmin Məmmədli