800 kiloya yaxın yararsız ərzaq malları məhv edildi

800 kiloya yaxın yararsız ərzaq malları məhv edildi
Bütün Xəbərlər
07:52 29.09.2012
976
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı Xətai, Nərimanov, Nizami, Abşeronda, eləcə də Sumqayıt, Salyan, Lənkəran, Sabirabad, Şəmkirdə saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 790 kiloqramdan çox yararsız ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
OXŞAR XƏBƏRLƏR