81 yaşlı kişi qadın oldu

DÜNYA
12:03 14.10.2014
2069
81 yaşlı kişi cinsiyyətini dəyişib. Kral hərbi hava qüvvələrinin pilotu olan Ceym adlı ahıl çoxdankı arzusunu reallaşdırıb. İndi özünü qadın edən bu babanın adı Rut Rouzdur.Öz arzusuna çatmaq üçün Rut 4 ilini sərf edib. Əvvəlcə o hormon müalicəsinə başlayıb. Bu yayda isə cinsiyyət üzvlərini dəyişdirib. İndi 81 yaşlı "qadının" bir narazılığı var."Qadın olmaq əladır. Amma təssüf ki, sinəm istədiyim böyüklükdə deyil".Onun sözlərinə görə, əməliyyatdan sonra bərpa 6 həftə davam edib. "Bu çox ağrılı oldu. Bütün bunlara dəydi. Mən 9 yaşımdan səhv bədəndə doğulduğumu düşünürdüm. Həmişə özümü qadın hiss etmişəm".Kişi olduğu zaman Ceymsin həyat yoldaşı və 3 uşağı olub. 42 il ailəli olan pilot 11 il öncə boşanıb.
OXŞAR XƏBƏRLƏR