“İbrahim Tatlısəsin səhnə həyatı bitdi”

ŞOU-BİZNES
16:19 14.03.2011
2103

Hüseyn Tatlı İbrahim Tatlısəsin bir daha səhnəyə qayıda bilməyəcəyini açıqlayıb: “Bundan sonra səhhəti yaxşılaşsa da, İbrahim Tatlısəsin səhnə həyatı bitdi. Pərəstişkarları onun artıq səs yazılarını dinləyə biləcəklər”.
Türkiyənin “Bəyaz” telekanalının İstanbul təmsilçisi Sedat Yazıcıoğlu isə NTV-yə açıqlamasında bildirib ki, Hüseyn Tatlı ona qardaşının vəziyyəti ilə bağlı məlumatlar verib: “Qardaşı ilə danışdım. Hüseyn Tatlı birinci və ikinci əməliyyata girəndə, İbrahim Tatlısəsin yanında olub. O, “Mən üzünü yaxından gördüm, mələklər kimi yatmışdı. Sifəti ağarmışdı. Sol tərəfinin iflic qalması ehtimalı yüksəkdir”, - dedi.

Milli.Az

OXŞAR XƏBƏRLƏR