Bundan əvvəlki oyunlarda zəif rəqibləri - Qırğızıstan "Neftçi"sini (3:0), Tacikistan "İstiqlal"ını (3:0), Moldova "İskra-Stal"ını (1:0), Ermənistan "Mika"sını (4:0) və "Zenit"in gənclərdən ibarət komandasını (5:0) asanlıqla sıradan çıxaran "İnter" ilk ciddi rəqibini çətinliklə yendi. Belə ki, qarşılaşmanın əsas və hər biri 10 dəqiqədən ibarət əlavə hissələri qolsuz başa çatdı.
Belədə qalib penalti seriyasında müəyyənləşdi. Bu zaman daha dəqiq olan "İnter"in futbolçuları 6:5 hesablı qələbə ilə "Birlik Kuboku"nu üçüncü dəfə AZƏRBAYCANA gətirmək imkanı qazandı.
Qeyd edək ki, bu Azərbaycan klublarının turnirin finalındakı dördüncü oyunu oldu. 2005-ci ildə "Neftçi" Moskva "Lokomotiv"inə yenilərək, gümüş medalla kifayətlənmişdi. Bir sonra "Neftçi", 2008-ci ildə isə "Xəzər Lənkəran" "Birlik Kuboku"nun qalibi olmuşdu.
Birlik kuboku Final
İnter (Azərbaycan) - Şaxtyor (Belarus) 0:0 (Penalti - 6:5)
İnter: Georgi Lomaya, Arif Daşdəmirov, Valeri Abramidze, Vladmir Levin, İlya Kandelaki, Aleksandr Çertoqanov, Bronislav Çervenka, Petar Zlatinov, Dmitri Kruqlov, David Obikadze, Girts Karlsons.
Şaxtyor: Kurskis, Kolomiç, Çeledinski, Yanuşkeviç, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios.
Peterburq İdman Konsert Kompleksi. Saat 16.00.