“Avropa Birliyi Türkiyə-Ermənistan sərhədinin açılması üçün Ankaraya həmişə təzyiq göstərir. Türkiyə bu məsələdə tutduğu mövqeni davam etdirirmi?”- sualına cavab verən nazir aşağıdakıları söyləyib: “Bu məsələ ilə bağlı Türkiyənin mövqeyində heç bir dəyişiklikdən söhbət gedə bilməz. Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. 1 milyon insan orada torpaqlarından didərgin düşüb, qaçqın vəziyyətində yaşamaqdadır. Bu durumda Türkiyənin mövqeyində hansı dəyişiklikdən söhbət gedə bilər?”