(AŞ PA) fəxri üzvü, Avropa Şurasının Belçika üzrə nümayəndə heyətinin keçmiş prezidenti Jan-Pol Anri, elmi redaktoru Almaniya-Azərbaycan Əlaqələrinin İnkişafına Yardım Cəmiyyətinin sədri, Almaniya Bundestaqının keçmiş deputatı, bu ölkənin daxili işlər nazirinin keçmiş müavini Eduard Lintnerdir.
Nəşrdə Azərbaycanın AŞ-a üzvlüyü dövründə keçdiyi yol təhlil edilib. Kitabda müəllif 10 il ərzində ölkənin Avropa hüquq məkanına inteqrasiyası sahələrində ciddi irəliləyişlərə nail olunduğu qeyd edib və qazanılan uğurlarda Azərbaycan nümayəndə heyətinin üzvü olmuş millət vəkillərinin rolunu xüsusi vurğulayıb. Kitab Azərbaycan dilində Bakıda, ingilis dilində Brüsseldə işıq üzü görüb.
Azərbaycanın AŞ-a üzv qəbul edilməsinin 10 illiyinə həsr olunmuş daha bir kitab da işıq üzü görüb. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan və ingilis dillərində nəşr olunan kitab “Azərbaycan vahid və bölünməz Avropada” adlanır.