“Azadlıq” qəzetinin əməkdaşı naməlum şəxslər tərəfindən döyüldü

Bütün Xəbərlər
10:25 26.03.2011
1672
Tədbirdə çıxış edən qəzetin baş redaktoru Qənimət Zahid bildirib ki, qəzetin əməkdaşı Seymur Həzi ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb, sonra isə döyülərək sərbəst buraxılıb. 

Daha sonra konfransda çıxış edən jurnalist Seymur Həzi hadisənin təfərrüatlarını açıqlayıb: “Ötən gecə işdən çıxıb evə gedirdim. “20 Yanvar” ərazisindən Ceyranbatan qəsəbəsinə yola düşdüm. Qəsəbədə düşüb evimə gedərkən hiss elədim ki, məni kimsə izləyir. Qaçmaq istədim, lakin alınmadı. Beş-altı nəfər məni maşına basıb naməlum istiqamətdə apardılar. Başıma maska keçirmişdilər deyə hansı istiqamətdə getdiyimizi bilmədim. Məni tikintisi tam başa çatmamış evə gətirdilər. “Ağıllı ol, yoxsa səni bundan da pis günlər gözləyir” deyərək məni vəhşicəsinə döydülər. Sonra isə maşına qoyub yenə naməlum istiqamətdə apardılar. Nəhayət Binəqədi kəndi ərazisində məni maşından düşürüb ərazidən uzaqlaşdılar. Çox çətinliklə evə gəldim”. Jurnalist bir bundan əvvəl də belə təzyiqlərə məruz qaldığını deyib.

OXŞAR XƏBƏRLƏR