Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışına rəhbəri olduğu qurumun gənclərə daim dəstək göstərdiyini və mövcud ənənənin davamlı olduğunu xatırlatmaqla başlayıb. O bildirib ki, xəbər jurnalistika janrları sırasında ən çətinidir. İnternet jurnalistikada isə onu istehsal edənin reytinqi xəbərin keyfiyyəti ilə ölçülür. “Belə görürəm ki, portalda çalışanlar aldıqları jurnalistika təhsilinə sadiq qalmağa çalışırlar. Bilik və bacarıqlarını yeni media imkanları ilə uyğunlaşdırırlar. Şura məhz bu səbəbdən “Azxeber.com”u “Ən perspektivli media qurumu” diplomu ilə təltif edir. Ümidvaram ki, portal fəaliyyət istiqamətlərini daha da genişləndirəcək və yeni-yeni nailiyyətlərə imza atacaq”, - deyən Ə.Amaşov MŞ-nın diplomunu “Azxeber.com” portalının redaktoru Əfsələddin Ağalarova təqdim edib.