“Bakı”nın keçmiş futbolçusu 6 il azadlıqdan məhrum edildi

Bütün Xəbərlər
19:13 23.03.2011
1807

O, 6 il azadlıqdan məhrum edilib.

Georgiya Demetradze ilə bərabər 2 nəfər – David Qaqnidze və David Peikrişvili də mühakimə olunub. Bu şəxslər müvafiq olaraq 8 və 2 il azadlıqdan məhrum ediliblər. Georgiya Demetradzenin vəkili şikayət etmək niyyətindədir. 

Qeyd edək ki, Georgiya Demetradze keçən il iyulun əvvəlində Tiflisdə saxlanılıb. O, Ukraynada yaşayan kriminal avtoritet Vato Kipiani ilə qanunsuz totalizator oyunlarının təşkilində günahlandırılır.

Qeyd edək ki, Georgiya Demetradze müxtəlif vaxtlarda Rusiya, Ukrayna, İsrail komandalarında, o cümlədən Azərbaycanın “Bakı” komandasında oynayıb. //lent.az

 

OXŞAR XƏBƏRLƏR