“Beynəlxalq Tələbələr” günü ilə əlaqədar tədbir keçirildi

GƏNCLİK
15:53 17.11.2010
3413

17 Noyabr “Beynəlxalq Tələbələr” günü ilə əlaqədar tələbələr üçün “Lounge Lizards” party təşkil etdi.

 

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi rayon İcra Hakimiyyətinin Təhsil, Səhiyyə və Mədəniyyət şöbəsinin müdiri Rafiq Ağamalıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov və digər QHT nümayəndələri iştirak edirdilər.

Tədbirin rəsmi hissəsində qonaqlar və tələbələr qarşısında çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Q. Bayramov hamını salamladı və bu günün mahiyyəti haqqında söz açdı. “Tələbələr və ümumilikdə gənc nəsil istənilən ölkənin gələcəyi deməkdir və bizim ölkəmizin gəncləri bu sahədə öndə gedənlərdəndilər. Mən sizin hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm” deyə Q. Bayramov, sözü ATGTİ sədri Şahin İsmayılova verdi. Ş. İsmayılov da öz növbəsində bütün tələbələri təbrik etdi və Azərbaycanın gənclər siyasətindən danışdı. “Ölkə rəhbərliyi gənclərimizi, onların fəaliyyətini hər zaman dəstəkləyir” deyə çıxışını bitirdi. Sonra ƏSMA TGT sədri Şəhriyar Möhsümov çıxış etdi. O bildirdi ki, bir TGT olaraq ƏSMA TGT-si daima fəaliyyətdədir .“Bu günkü tədbirimiz ilə biz bunu bir daha sübut etdik” deyə Ş.Möhsümov çıxışını bitirdi. Rəsmi hissəinin sonunda ƏSMA TGT-nin fəalları Zakirli Emil, Rəfiyev Coşqun, Məmmədli Səidə, Qurbanlı Kamran, Abdullayev Kamil və Məsimov Tacəddin fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olundular.

Tədbir tələbələrin hazırladıqları rəqslər, yarışma və oyunlarla yekunlaşdı.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb