“Cocuqlar duymasın”ın məşhur aktyoruna 5 il həbs cəzası

ŞOU-BİZNES
16:12 04.04.2011
2444

 

AZXBER.COM xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bursa şəhərində 10 il bundan öncə açılan cinayət işi yekunlaşıb. Cinayət işi zamanı  sərbəst buraxılan Bursa Dövlət Teatrının sabiq müdiri  Emin Gümüşkayaya 10 il bundan öncə, törətdiyi cinayətə görə 5 il, 2 ay, 15 gün həbs cəzasına məhkum edilib.  Emin Gümüşkaya hazırda Türkiyənin “Atv” kanalında yayımlanan “Cocuqlar duymasın” teleserialında Səyyar Təyyar obrazı ilə tanınır.

Qeyd edək ki, 2001-ci ilin yanvar ayında Bursa Polis İdarəsi əməliyyat keçirib və o dönəmdə bu 3 şəxs də daxil olmaqla, teatrlarda müxtəlif vəzifələrdə çalışan 16 nəfəri saxlayıb. Onlar büdcə vəsaitlərini israf etməkdə, mənimsəməkdə günahlandırılıblar. Bursa Ağır Cəza Məhkəməsi Rahmi Dilligil, Emin Gümüşkaya və Hasan Acarı 3 il 1 ay azadlıqdan məhrum edib, 13 nəfər isə bəraət alıb.

OXŞAR XƏBƏRLƏR