“Düşünən Beyinlər İmperiyası” gəncləri Şamaxıya dəvət edir

GƏNCLİK
07:16 08.07.2011
2110

AZXEBER.COM-un məlumatına görə, növbəti treyninq  Azərbaycanın səfalı guşələrindən biri olan Şamaxı rayonunda keçiriləcək.

“Düşünən Beyinlər İmperiyası” klubu yayın dadını çıxarmaq, əylənmək, istirahət etmək və bunlarla yanaşı öyrənmək, hədiyyələr qazanmaq, ən əsası ömürlük, sadiq, bilikli, güclü, əzimkar dostlar qazanmaq istəyələri iyul ayının 17-si Şamaxı səyahətinə dəvət edir.

Səyahət proqramı 1 günlükdür. (səhər 7:00 --- axşam 19:00)
- Team Building və faydaları haqqında hər şey
- Bədən Dili və istifadəsi haqqında ilkin məlumatlar.
- Risk və qorxularımız haqqında maraqlı məlumatlar
- Kreativlik və onun məhsuldarlığın artımına təsirləri
- Motivasiya və Planlaşdırma ən üst səviyyədə Menecmentlik
- Mega Yaddaş təlimi, Team and Event Menecmentlik
Bundan əlavə ....
- Şamaxının mehriban qonaqpərvər yerli ailələrindən birində səhər yeməyi
- Yam-yaşıl meşədə həm öyrənəcəyik, həm də əylənəcəyik
- Balıq ovu, Şəlalə, axar çay, Buz kimi dərdlərə dərman bulaqlar
- Unudulmaz bir gün yaşamaq istəyən, istirahətin maxsimumu
- Ləziz kabablarla bəzədilmiş yemək süfrəsi
- Təlimlər arasında Samovar çayı dadlı şirniyyatlar.
- Aktiv üzvlərimizə hədiyyə təqdim etmə mərasimi
- Müxtəlif əyləncəli oyunlar və s. daha nələr nələr saymadıqmız yüzlərlə yadda qalacaq xatirələr.

Bu proqramın ən əsas özəlliyi və digər gəzintilərdən fərqli cəhəti, burada toplanan bütün vəsait valideyin himayəsindən məhrum qalmış kimsəsiz əqli və fiziki qüsuru olan körpələrə yardım məqsədi ilə sərf olunacaq.

Daha ətraflı məlumat üçün:

Ünvan: Murtuza Muxtarov 53. Azdramanın yanı Karnegi klub
Əlaqə nöm: 050-407-77-04; 055-669-02-56

OXŞAR XƏBƏRLƏR