Bu gün baş tutan məhkəmədə qəzetin iddialarının əsassız olduğu və yaydığı xəbərin həqiqəti əks etdirmədiyi bidirilib.
Həmçinin, qəzetin Ərdoğana təzminat ödəməli olduğu qərarlaşdırılıb.
Ərdoğanın vəkili Emma Edhem qəzetin 2010-cu ilin sentyabrında yaydığı xəbərlə bağlı təkzib verərək, üzr istədiyini deyib.
Məlumata görə, qəzet Ərdoğana 25 min sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, “Deyli Telegraf” qəzeti sentyabrda yayımladığı xəbərdə İranın AK Partiyaya 25 milyon dollarlıq hədiyyə verdiyini iddia etmişdi.