“Forbes” dünyanın ən varlı klublarının siyahısını açıqlayıb

“Forbes” dünyanın ən varlı klublarının siyahısını açıqlayıb
İDMAN
10:04 21.04.2011
2040

Məşhur “Forbes” jurnalı ən varlı idman komandalarının siyahısını hazırlayıb.İngiltərənin “Mançester Yunayted” klubu yeddi il dalbadal dünyanın ən varlı klubu ünvanına sahib çıxıb. İngiltərə klubunun sərvəti 1,86 milyard dollar həcmində dəyərləndirilir.

Siyahının ikinci pilləsində Madridin “Real” klubu qərarlaşıb. “Kral klubu”nun büdcəsi 1,4 milyard dollardır. Sonrakı yerləri müvafiq olaraq “Arsenal” (1,19 milyard), “Bavariya” (1,048 milyard) və “Barselona” (975 milyon) klubları tuturlar.

Dünyanın ən varlı futbolçusu ünvanına isə ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun ingilis futbolçusu Devid Bekhem sahib çıxıb. Futbolçu ötən il ərzində 40 milyon dollar qazanıb. Kriştiano Ronaldo (38 milyon) və Lionel Messi (32 milyon) qazanclarına görə Devid Bekhemdən geri qalırlar.

 

OXŞAR XƏBƏRLƏR