“Gecə saat 2-də qız uşağının oğlanların otağında nə işi var?”

“Gecə saat 2-də qız uşağının oğlanların otağında nə işi var?”
ŞOU-BİZNES
16:29 07.04.2011
2292

Videodada görünən oğlanlardan biri Orxanın həmyerlisi olan meyxanaçı açıqlamasında bütün Türkan qəsəbə əhlinin adından çıxış etdiyini bildirib. O, baş verənlərə fərqli tərzdə yanaşıb. Vahid Qədimin açıqlamasını olduğu kimi təqdim edirik:

“Burda baş kəsilməyib ki… Qalmaqalların da ölçüsü var. Mən bu işə xırda qalmaqal deyirəm. Aygün Kazımovanın ittiham etdiyi uşaqlarla münasibətim var. Bilavasitə qohumlarımdırlar. Ancaq, yenə də qərəzli mövqe tutmuram. Mən Aygün xanımı da bir ana kimi başa düşürəm. Yalnız neçə gün aqressiv oldu, müxtəlif saytlarda, efirdə informasiyalar verdi. Biz hamısını səbrlə dinlədik, düşündük ki, hirsi soyuyar.

Maraqlısı budur ki, o bu işdə uşaqların günahı olmadığını bilə bilə, onların efirə çıxıb üzr istəmələrini istəyir. Nə isə… vaxtilə onlardan müəyyən məbləğ də tələb edirdi. Bilmirəm, bunu nəyə görə edirdi.

Yenə də təkrar edirəm, bu gənclərin heç bir günahı yoxdur! İlqarə və bu gənclər özləri üçün əyləniblər. Gecə təxminən saat 2 radələrində olub. Onda belə bir sual ortalığa çıxa bilər ki, gecə saat 2-də qız uşağının bu oğlanların otağında nə işi var?

Amma onlar bir-birləri ilə çox mehriban olublar. Heç nədə ayrıseçkilik salmayıblar və bir-birlərinə çox yaxın olublar. Sadəcə olaraq, bilmək lazımdır ki, telefonun kartını 3 il qabaq kim götürüb? Bu videoçarxı yaymaqda kimin marağı var? Üç ildən sonra bunu yaymaqda kim maraqlı ola bilər? Bax, bunu araşdırmaq lazımdır!

Sizə deyim ki, məndə olan məlumata görə bu videoçarx 3 il bundan qabaq meydana çıxıb. O vaxt bu söhbəti elə uşaqlar özləri bağlamışdılar. İndi bugünki söhbətin şişirdilməsi kimə və nəyə lazımdır? İndi deyəcəklərimi xahiş edirəm mənim fikrim kimi qeyd eləməyin. Bəzi insanlar mənə dedilər ki, ola bilər Aygün xanımın özünün bu işdə marağı var. Yəni, uşaqlar artıq 11-ci sinfi bitiriblər, ayrılıblar. Bu işi bu gün gündəmə çıxarmaqda Aygün xanımın maddi marağı var.

Yenə də mən o sözlərə inanmıram. İnanmıram ona görə ki, yəni, bu yerə gəlib çıxdıq ki, bizim xalq artisti belə yollarla pul əldə etsin?

Hüquq mühafizə orqanları araşdırıblar. İbtidai istintaq artıq başa çatıb. Uşaqlar da bir gün təcridxanada qaldılar, dindirildilər və bildilər ki, bu uşaqların heç bir günahı yoxdur. Bu uşaqların Aygün Kazımovanın tələb etdiyi kimi efirə çıxıb üzr istəmələri vacib deyil. Mən də o uşaqların üzr istəməsinin tərəfdarıyam, amma onların bir günahı yoxdur. Onlar sadəcə olaraq bir-birləri ilə oynayıblar. Mənim fikrimcə yalnız və yalnız bu videoçarxı yayan insan üzr istəməlidir. Gəlsin, çıxsın 9 milyonun qarşısına üzr istəsin.

Aygün xanıma sözüm budur ki, həvəsdi bəsdi!”

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR