“Google”nin yeni baş direktoru fəaliyyətə başladı

Bütün Xəbərlər
15:51 04.04.2011
1613
Bu gündən etibarən “Google” korporasiyasının həmtəsisçisi Larri Peyc Sergey Brinlə birgə 13 il bundan əvvəl yaratdığı internet-şirkətin baş direktoru kimi fəaliyyətə başlayır. AZXEBER.COM xəbər portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 10 ildir ki, şirkətin baş direktoru vəzifəsində çalışan Erik Şmidt 2011-ci ilin yanvarında vəzifəsindən kənarlaşdırıb və o, aprel ayından şirkətin Direktorlar Şurasının icraçı sədri vəzifəsində çalışır. 

Ekspertlərin fikrincə, Larri Peycin baş direktor vəzifəsinə təyin olunması şirkətə sahibkarlıq ab-havası gətirməli və “Google”də reallaşdırılan ən perspektivli kompüter işləmələrinin ərsəyə gətirilməsini sürətləndirməlidir. Maliyyə və sahə analitiklərinin əksəriyyəti “Google” şirkətinin operativ idarə olunmasının Larri Peycə həvalə edilməsini müsbət qarşılayır.

 

OXŞAR XƏBƏRLƏR