“IV kurs tələbələri buraxılış işi və dövlət imtahanı verməyəcəklər”

GƏNCLİK
05:18 26.04.2011
2468
Qısa müddətdən sonra 1000-dən artıq tələbənin universitetlə vidalaşacağını bildirən rektor Səməd Seyidov universitetdə əldə etdikləri bilik və vərdişlərin tələbələrə kömək edəcəyini bildirib. O, deyib ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminə uyğunlaşdırmaq üçün universitetdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə islahatlar həyata keçirilir. ADU-nun Azərbaycanda ilk dəfə olaraq Bolonya təhsil prosesinə qoşulduğundan danışan S. Seyidov 2005-ci ildə bu prosesin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq edildiyini, 2006-cı ildə isə tam olaraq bu prosesə qoşulduqlarını söyləyib: “Ümumiyyətlə, universitetdə müxtəlif istiqamətlərdə aparılan islahatlar nəticəsində tələbələrimiz tədris prosesinin iştirakçısından idarə edənə çevrildilər. Biz bu sahədə öz fəaliyyətimizi davam etdiririk”. 

IV kurslarda dövlət imtahanlarının və buraxılış işlərinin ləğvi məsələsindən danışan rektor bildirib ki, təhsil prosesində bəzi məsələlər öz aktuallığını itirib və tələbələrə problem yaradır. Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verildiyini deyən S. Seyidov ilk olaraq ADU-da gerçəkləşən bu addımın tələbələrə xeyirli olacağını digər ali məktəblərə də göstərmək fikrində olduqlarını söyləyib.  

Sonra universitetin Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov sözügedən məsələ barədə hazırlanan sənədlə tələbələri tanış edib.

OXŞAR XƏBƏRLƏR