Bunu Beynelxalq Araşdırmalar Mərkəzinin sədri, politoloq (siyasi şərhçi) Rufiz Qonaqov bildirib.
“Çünki Azərbaycan tərəfi bu görüşdə də nəticə əldə olunmazsa, danışıqlardan imtina edəcəyini və digər, hərbi yolla torpaqlarını azad edəcəyini bəyan edir. Hesab edirəm ki, Rusiya da bu görüşdə hansısa sənədin razılaşmasına səy göstərir. Əks halda bu həm Minsk qrupu, həm də Rusiya üçün daha da mənfi imic (vəchə) yaradacaq. Amma görüş haqda əvvəldən qəti fikir söyləmək, məncə çətindir. Mən görüş haqda da o qədər də nikbin deyiləm. Hər halda Rusiyanın iradəsindən çox şey asılı olacaq”-deyə, politoloq qeyd etdi.
Elnur Eltürk