“Korrupsiyaya qarşı mübarizə prinsipial xarakter alıb”

“Korrupsiyaya qarşı mübarizə prinsipial xarakter alıb”
Bütün Xəbərlər
16:29 04.03.2011
1844

Azərbaycanda korrupsiyaya qarşı effektiv mübarizə tədbirləri bu gün başlamayıb. Bunu “Azərbaycan” qəzetinə müsahibəsində Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, korrupsiyanın istənilən cəmiyyətə xas bir təzahürdür: “Bu mübarizə həmişə olub. Azərbaycanda da korrupsiyaya qarşı mübarizə daim aparılıb. Belə ki, son 10 il ərzində ardıcıl olaraq bu istiqamətdə lazımi qanunvericilik və institusional baza yaradılıb və praktiki tədbirlər həyata keçirilmişdir. Hələ vaxtilə ümummilli liderimiz Heydər Əliyev korrupsiyaya qarşı mübarizə məqsədilə müvafiq fərman imzalayıb. Onun təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə haqqında qanun layihəsi Milli Məclisə göndərilib və 2004-cü ildə qəbul olunmuşdur. Qanunla eyni vaxtda müvafiq Dövlət Proqramı da təsdiq edilib. Dövlət Proqramı korrupsiyaya qarşı mübarizə sahəsində normativ hüquqi aktların qəbul edilməsini, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsini nəzərdə tutub, eyni zamanda, institusional mexanizmlər – korrupsiyaya qarşı mübarizə üzrə komissiya və baş prokurorun yanında korrupsiyaya qarşı mübarizə idarəsi yaradılıb. Dövlət Proqramının reallaşmasının nəticələri artıq özünü göstərir. Məsələn, konkret bir misal. 2005-ci ildən başlayaraq dövlət qulluğunun bütün sahələrində qulluğa qəbul şəffaflıq əsasında həyata keçirilir. Hər bir vətəndaş yalnız öz bilik və bacarıqlarına əsaslanaraq tam transparent şəraitdə dövlət qulluğuna qəbul edilir. Bu isə öz növbəsində dövlət orqanlarına etimadı artırır, digər tərəfdən isə korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verir”.

“Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsində ən vacib şərtlərdən biri də ədalətli, qərəzsiz və müstəqil məhkəmə sisteminin qurulmasıdır”, – deyən Prezidnt Administrasiyası rəsmisinin sözlərinə görə, son illər məhkəmə sistemində həyata keçirilən islahatlar belə neqtaiv halların aradan qaldırılmasına yönəlib. Qanunvericiliyə edilən əlavələrə görə fiziki və hüquqi şəxslər hakimlər barəsində korrupsiya ilə əlaqədar hüquq pozmaları barədə birbaşa Məhkəmə-Hüquq Şurasına müraciət edə bilərlər. Bundan əlavə, yeni məhkəmə institutları yaradılıb. Məsələn, 2011-ci il yanvarın 1-dən yeni inzibati məhkəmələr fəaliyyətə başlayıb. Qanun inzibati icraat çərçivəsində vətəndaşlar ilə dövlət arasında münasibətlərin tənzimlənməsinə, inzibati idarəçiliyin sadələşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edir. Qanunvericilik inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanların fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini müəyyən edir, həmçinin inzibati şikayətlər üzrə icraat, inzibati orqanların və vəzifəli şəxslərin məsuliyyətinə dair məsələləri nizama salır.

Fuad Ələsgərov deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət orqanlarına müvafiq praktiki tədbirlərin görülməsi barədə göstərişlər verilib. Korrupsiya, süründürməçilik, qeyri-şəffaflıq, sahibkarların əsassız yoxlama hallarına qarşı mübarizə prinsipial xarakter alıb: “Görülən işlərin müsbət nəticələrini vətəndaşlarımız da öz müraciətlərində qeyd edir. Artıq Azərbaycan Respublikasının Prezidentinə, Prezident Administrasiyasına, Korrupsiyaya qarşı mübarizə komissiyasına bütün regionlardan çoxsaylı təşəkkür məktubları daxil olub. Praktiki tədbirlər sırasında bütün dövlət orqanlarında alınan rüsumların siyahısı www.rusum.az saytında öz əksini tapıb. Bundan əlavə, müvafiq dövlət orqanları da öz saytlarında onlara aid rüsumların siyahısını verib və həmin rüsumların avtomatik hesablanması üçün kalkulyatorlar müəyyən edilib. Eyni zamanda, gömrük, vergi və ədliyyə orqanlarında rüsumlarla bağlı müvafiq elektron məlumat tabloları yerləşdirilib”.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
16:41 16.05.2025
Qəzzada ölənlərin sayı 53 119 nəfərə çatdı
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16:40 16.05.2025
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu
16:38 16.05.2025
Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu