Divanda, həmçinin bir sıra partiyadaxili məsələlər, müxalifətdaxili siyasi inteqrasiya məsələləri, eləcə də seçkidən sonrakı yaranmış vəziyyət ətraflı müzakirə edilib. Bu kontekstdə müxalifətin siyasi inteqrasiyasının müxtəlif variantları üzərində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, deputatlığa namizədlərin iştirakı ilə 23 noyabrda keçirilmiş forumda, müxtəlif toplantılarda və mətbuatda demokratik qüvvələrin inteqrasiyası ilə bağlı irəli sürülmüş təkliflərin müzakirəsində partiyanın aktiv iştirak etməsi məqsədəuyğun sayılsın.
Məlumatda o da bildirilir ki, İbrahim İbrahimli partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan, Sülhəddin Əkbər isə partiyanın strateji kursu ilə razılaşmadığını əsas gətirərək partiyada tutduğu vəzifələrindən istefa veriblər.
Sonda cari məsələlərə baxılıb.