“Müsəlman qəssab”larından daha biri yaxalandı

“Müsəlman qəssab”larından daha biri yaxalandı
Bütün Xəbərlər
07:54 01.06.2011
1432

AZXEBER.COM portalının “NTV” kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bir neçə gün bundan öncə Bosniya müharibəsi zamanı baş verən Srebrenitsa qırğınının təşkilatçısı, serb generalı Ratko Mladiç həbs edilmişdi. Mladiçin tutulmasından beş gün keçmədən soyqırımın təşkilatçılarından daha biri yaxalanıb.

1992-1995-ci illərdə baş vermiş Bosniya müharibəsi vaxtında “intiqamçılar” adlı birliyin üzvü olan Oliver Krsmanoviç Bosniya və Hersoqovinanın Vişeqrad şəhərində tutulub.

Qeyd edək ki, Oliver Krsmanoviç 22 Oktyabr, 1992-ci ildə bir avtobusu dayandıraraq içindəki 16 müsəlmana işgəncə etdikdən sonra odlu silah və bıçaqlarla onları öldürüb. O daha sonra cəsədləri Dmitri çayına atıb.

 

OXŞAR XƏBƏRLƏR