“Müsavat kimi partiyanın şərəfi, ləyaqəti ilə oynamaq şərəfsizlikdir".

Bütün Xəbərlər
13:27 26.12.2010
1678

 

Daha sonra partiyanın Divan və Məclis üzvlüyünə seçkilərin keçirilməsi məsələsi müzakirə olunub. İ. Qəmbər qeyd edib ki, Vurğun Əyyub xaricdə – Türkiyədə olmasına baxmayaraq, Divan üzvü olaraq qalır.

Daha sonra elan edilib ki, Müsavat Partiyasının Məclisindəki 26 yerə 35, Divandakı 3 yerə isə 6 namizəd var. Divan üzvlüyünə namizədliyini Tofiq Yaqublu, Tural Abbaslı, İkram İsrafil, Sevinc Hüseynova, Vəfa Cümşüdlü və Hamlet Səfixanlı irəli sürüb.

Çıxış edən partiyanın Divan üzvü Nüşabə Sadıxlı partiya Divanının digər üzvü Adil Qeybullanın ünvanına bəzi tənqidi fikirlər səsləndirib. N. Sadıxlı A. Qeybullanın mətbuata açıqlamasında onun ünvanına dediyi sözləri "siyasi mədəniyyətdən uzaq" adlandırıb: "O deyib ki, Nüşabə xanım oyuna salınıb. Bu nə deməkdir?"

Müsavat başqanı İsa Qəmbər isə N. Sadıxlının fikirləri ilə razılaşaraq, adını çəkmədən A. Qeybullanın ünvanına bəzi tənqidlər səsləndirib. İ. Qəmbər bildirib ki, partiyada Məclis sədrliyinə namizədliyini vermək üçün hər kəsə bərabər şərait yaradılıb: "Bəziləri "konsensus" deyərkən başqa şey nəzərdə tutub. Konsensus o deyil ki, "əgər siz məni seçirsinizsə, bu, konsensusdur, razılaşmasanız konsensus deyil". Bu nə məntiqdir, nə yanaşmadır? Bu cür mənasız, məntiqsiz yanaşma ilə özlərini hörmətdən salırlar. Müsavat kimi partiyanın şərəfi, ləyaqəti ilə oynamaq şərəfsizlikdir. Hər bir müsavatçı partiyanın seçkili orqanına namizədliyini irəli sürə bilər. Kimlərinsə getməsi ilə Müsavat Partiyasına heç nə olan deyil. Gedənləri də, getməklə bağlı anons verənləri də görmüşük. Müsavatın şərəfi, ləyaqəti ilə oynamayın".

Sonra Müsavat Partiyasının 2011-ci il üçün fəaliyyət planı açıqlanıb. Planı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı elan edib. Fəaliyyət planına partiyanın növbəti qurultayının keçirilməsi, 2011-ci ilin "Müsavat ili" elan olunması, partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə əlaqədar fəaliyyət və digər məsələlər daxildir.

"AXCP-Müsavat" seçki blokunun fəaliyyətinə xitam verildikdən sonra AXCP ilə əməkdaşlığın şəraitə uyğun olaraq davam etdirilməsi də fəaliyyət planına daxildir. Bununla belə, planda Müsavat Partiyasının AXCP ilə birləşməsi ilə bağlı müddəa yer almayıb.

Müsavat Məclisinin üzvü Qubad İbadoğlu isə partiyanın 2010-cu il ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı bəyanatını səsləndirib. O, sualları cavablandırarkən bildirib ki, müvafiq qurumlar enerji daşıyıcıları və nəqliyyatda gediş haqlarının artırılması üçün Tarif Şurasına müraciət edib.///  APA

OXŞAR XƏBƏRLƏR