Bunu açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib. O bildirib ki, özünün nailiyyətləri min “Eurovision”a dəyər: “Sadəcə olaraq bu Aynişanın arzusu idi, mən də istəmirdim ki, onun könlünü qırım. Ancaq mən bir şeyi başa düşmədim, çıxışları zamanı Aynişandan başqa hər şeyi göstərirdilər. Bu ayrı-seçkilikdir. Mən demirəm ki, qızım seçiləydi. Ancaq Aynişanın çıxışlarında efirdə heç nə göstərmədilər, dağı, dərəni, zalı efirə verirdilər, Aynişanı yox. Əslində Nurlan Növrəsli seçilməyəndə mən ssenarini gözəl görürdüm. Nəyin necə olacağını bildim. Mən rejissoram və səhnədə nəyin necə qurulduğunu gözəl bilirəm. Onlar Aynişanı qaranlığa qərq eləmişdilər. Belə demək mümkündürsə, Aynişanın efirdə göstərilməməsi üçün yaxşı əmr almışdılar”.
A. Haşımova seçim turunda kifayət qədər pul xərclədiyini də bildirib: “Mən Aynişanın bu müsabiqə boyu xərclədiyi pulları açıqlasam, dəli olarsınız”./// qafqazinfo.az