“Milli Kinolarımızı Unutmayaq” layihəsinin açılış mərasimi keçirildi

“Milli Kinolarımızı Unutmayaq” layihəsinin açılış mərasimi keçirildi
GƏNCLİK
09:51 24.11.2010
2462

Xatırladaq ki, layihə çərçivəsində nümayiş olunmuş ilk film “Nəsimi” filmi idi. Layihənin açılış mərasimində “Nəsimi” filminin aktyorları Dövlət laureatı, əməkdar incəsənət xadimi Əbdül Mahmudov və Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü,  aktrisa Xalidə Quliyeva  və  ATGTİ-nin sədri Şahin İsmayılov iştirak etmişdilər.

 Tədbiri giriş sözü ilə açan ATGTİ-nin  sədri Ş.İsmayılov qonaqları salamladı və layihənin məqsədi haqqında danışdı. “Məqsədimiz Azərbaycan Milli kinosununun tarixini, məşhur aktyorlarını tələbələrə tanıtmaqdır” deyə Ş.İsmayılov çıxışını bitirdi. Ardınca çıxış edən əməkdar incəsənət xadimi Ə.Mahmudov qeyd etdi ki, “Nəsimi” filmi ilə Azərbaycan öz mədəniyyətini və ədəbiyyatını dünyaya tanıtdıra bildi. “Nəsimi  Şərq ədəbiyyatının dühalarından biridir” deyən Ə.Mahmudov çıxışını bitirdi. Sonra çıxış edən aktrisa X.Quliyeva  vurğuladı ki, “Azərbaycan kino tarixinin öyrənilməsində və  milli kinonun inkişafında siz  gənclərin üzərinə çox böyük məsuliyyət düşür”. Əfsuslar olsun ki, bu günki gündə mədəniyyət sahəsində maarifləndirmə işi çox zəifdir. Mən ATGTİ-yə təşəkkür edirəm ki, belə bir layihəyə start verib deyərək X.Quliyeva qeyd etdi.

 Açılış mərasiminin sonunda qonaqlar mövzu ilə əlaqədar tələbələrin çox saylı suallarını cavablandırdılar. Tədbir filmin nümayişi ilə başa çatdı.
 Qeyd edək ki, “Milli Kinomuzu Unutmayaq” layihəsi davamlı şəkildə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR