“New York Times”: “Türkiyə höküməti öz vətəndaşlarına xəyanət edir”

Bütün Xəbərlər
20:36 12.03.2011
1651

AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məqalədə Ərdoğan hakimiyyətinin jurnalistlərin həbsinə başlaması qeyd edilib. “Demokratiyanı dolayacaq yol yoxdur” başlıqlı məqalədə, Ərdoğanın iqtidara gəldiyi 2003-cü ildən bu günə kimi İslami dəyərləri daha da ön plana çəkdiyi vurğulanıb. Məqalədə “Türkiyə uzun müddətdir müsəlman dünyasında demokratiyanın modeli kimi qiymətləndirilir.  Ancaq, Ərdoğan hakimiyyəti dəyərlərinə və vətəndaşlarına xəyanət edir. İqtidar, söz və mətbuata azadlığını pozmaq üçün bir neçə müxalifyönlü jurnalistlərə təziqlər etməyə başlayıb”  sözləri öz əksini tapıb.

Qeyd edək ki, Türkiyə höküməti “New York Times”da yayımlanan məqalə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

OXŞAR XƏBƏRLƏR