“Əl Ərəbiyyə” bu xəbəri adının açıqlanmasını istəməyən, Qəddafiyə yaxın mənbəyə istinadən yayıb. Mənbənin sözlərinə görə, Seyful Ərəb həqiqətən də öldürülüb, lakin Qəddafinin üç nəvəsi sağdır.
Qəddafi əleyhinə olan qüvvələrin sərt addımlarına diqqət çəkən kanal Liviya liderinin belə yalan məlumatlarla hücumları dayandırmağa çalışdığını bildirib.
Kanal bu məlumatı Qəddafinin 1986-ci ildə ABŞ hücumları ərəfəsində qızı Hananın öldüyü xəbərini yayması ilə də əlaqələndirib. Xəbərdə bildirilir ki, qızın ölümü haqda məlumatlar yayıldıqdan sonra onun sağ olduğu söylənmiş, hətta onu görənlər də olmuşdu.
"Əl Ərəbiyyə" Qəddafinin yalanları sırasına atası Həmid Əbuminyarı İtaliya ordusuna qarşı vuruşan qəhrəman kimi göstərməsini də əlavə edib. Əslində isə Həmid Əbuminyarın italyanlara qarşı əlinə silah belə almadığı iddia edilir.