AZXEBER.COM-un məlumatına görə, televiziya kanallarının birində çıxış edərkən bu haqda fikirlərini səsləndirən Çavez ABŞ və NATO-nu hava hücumları ilə bağlı tənqid edib: “İspaniya, Fransa və İtaliya kimi bəzi Avropa ölkələrinin liderləri Liviyaya qarşıhava hücumuna necə dəstək verə bilərlər? NATO-nun Qəddafinin oğlu və 3 nəvəsini öldürməsi dəlilikdir”.
Çavez həm də NATO əsgərlərinə Qəddafini öldürmək əmri verildiyinə inandığını da vurğulayıb.