“Qalatasaray” Ginnesin rekordlar kitabına düşdü

İDMAN
08:08 19.03.2011
2200

Qarşılaşmada birinci hissənin sonunda stadionda elan edilib ki, azarkeşlər 131,76 desibel səslə dünya rekordunu təzələyiblər. Stadionda Ginnesin rekordlar kitabının nümayəndələri bu faktı təsdiqləyiblər və Cim-bom fanatları adlarını tarixə yazdırıblar. 

İndiyədək stadionda azarkeş səsinə görə rekord göstərici 130,7 desibel idi. Ötən ilin aprelində “Liverpul” və “Çelsi” arasında qarşılaşmanın 45-ci saniyəsində Con-Arne Riisenin qolundan sonra “Liverpul”un azarkeşlərinin səsi rekord kimi qeydə alınmışdı. Bundan başqa "Beşiktaş"- "Liverpul" matçında da rekorda imza atılmışdı.

Avropa Birliyində 140 desibel səs ən yüksək hədd sayılır. "Qalatasaray" fanatları bu rekordu vuracaqlarına da əmindirlər.

OXŞAR XƏBƏRLƏR