“Radikal müxalifət dəyişməyə məhkumdur”

“Radikal müxalifət dəyişməyə məhkumdur”
Bütün Xəbərlər
17:14 23.04.2011
1767

Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib:“Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları kimlərinsə hansı maraqlar naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini pisləyirlər. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcəklər”.

Ə. Əhmədov qeyd edib ki, müxalifətin radikal qanadındakı partiyaların kütləvi aksiyalar keçirmək cəhdləri biabırçılıqla iflasa uğrayıb: “Bir neçə gənci aldadaraq küçələrə tökməklə əlbəttə ki, kütləvi aksiya keçirmək mümkün deyil və bunun adını da mitinq qoymaq olmaz. Ola bilsin ki, həmin radikal müxalifət partiyaları ölkədə sabitliyi pozmağa səy göstərirlər. Bir neçə nəfərin hesabına ölkədə sabitliyi pozmaq da mümkün deyil. Onların bu hərəkətləri xalqın onlara qarşı ikrah hissini daha da gücləndirir. Ona görə də onların sıraları seyrəlir və üzvlər partiyalardan kənarlaşır”.

İcra katibi hesab edir ki, radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur: “Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Onların sıralarında qalan az sayda adamlar da həmin partiyalardan kənarlaşacaqlar, aldadılıb cəlb olunan gənclər də səhv yola cəlb olunduqlarını dərk edəcəklər. Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur”.

Ə. Əhmədov Müsavat başqanı İsa Qəmbərin Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanladığı müraciətə də münasibət bildirib: “İsa Qəmbər kiminləsə danışmaq fikrinə düşə bilər. Lakin İsa Qəmbər dərk etməlidir ki, onun danışmaq istədiyi adamlar onunla danışmaq istəyir, ya yox?... Yekə-yekə danışıqlar haqqında kiməsə məktub yazmaq yersizdir. İsa Qəmbər uzaq başı aksiya üçün yer xahiş edə bilər”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib