“Rusiya əslində bütün vasitələrdən istifadə edir ki, Qarabağ münaqişəsi öz həllini tapmasın"

“Rusiya əslində bütün vasitələrdən istifadə edir ki, Qarabağ münaqişəsi öz həllini tapmasın"
Bütün Xəbərlər
09:03 30.06.2011
1855

Bu sözləri ABŞ-ın nüfuzlu “STRATFOR” qlobal analitik şirkətinin əməkdaşı Yudjina Çausovski öz yazısında bildirib. Məqalə müəllifi əsas diqqəti Kremlin Qafqazda olan maraqlarına yönəldib: “Rusiya xaricdən xüsusən də Qərbdən gələn təkliflərin qarşısını alaraq öz maraqlarını önə çəkməklə məşğuldur. Bu siyasi gediş əsasən Qafqazda mövcud olan Azərbaycan, Ermənistan, Gürcüstan ölkələri üzərində tətbiq olunur. Nəzərə alsaq ki, son zamanlar qərbin maraq əhatəsi Qafqazda geniş vüsət alıb, Rusiya aktivliyini zəif nöqtələr üzərində qurur. Azərbaycan isə Rusiya üçün ən vacib ölkədir. Çünki:

1. Azərbaycan İran və Rusiya ilə sərhəd dövlətdir.

2. Neft və təbii qazla zəngindir.

Bu enerji resurslarının mövcudluğu Azərbaycanın Qərb üçün ən vacib tərəfdaşa çevrilməsinə şərait yaradır ki, Rusiya da bundan narahatdır. Səbəb isə öz siyasi sözlərini enerji resursları vasitəsilə Qərbə keçirmək istəyən Rusiya Azərbaycanın Qərblə yaxınlaşması fonunda gələcəkdə sözünü yerə düşməsindən ehtiyatlanır”.

Məqalə müəllifi eyni zamanda Rusiya-Ermənistan münasibətlərinə də aydınlıq gətirib: “Rusiya Ermənistanı iqtisadi və siyasi cəhətədən “saxlayır”. Eyni zamanda sərhədlərin mühafizəsi də rusların əlindədir. Bütün sadalanan faktorlar isə Rusiyanın Qarabağ probleminin nizamlanamasında tutduğu mövqeyini aydın şəkildə ortaya qoyur. Münaqişənin həllində guya əlindən gələni etmək istəyən Rusiya əslində bütün vasitələrdən istifadə edir ki, münaqişə öz həllini tapmasın. Həmçinin Dağlıq Qarabağ münaqişəsi nizamlanmayınca Azərbaycanın Avropaya Türkiyə vasitəsi ilə çıxışı bloka düşəcək”.

OXŞAR XƏBƏRLƏR