“Sibel Cana haqqımı halal eləmirəm!”

ŞOU-BİZNES
15:49 23.12.2010
2281

Məhkəməyə müraciət edən 54 yaşlı qadın,  Sibel Canın onu haqsız yerə işdən çıxartdığını iddia edərək məhkəməyə müraciət etdiyini qeyd edib. Əlif Köse jurnalistlərin suallarını cavablandırarkən işdən çıxarılmasının səbəblərini açıqlayıb: “Sağ qolum çartladığı üçün 10 gün iş görə bilmədim. Bir günə mənə “Sənin qolun düzələn deyil. Avropadan qayıdana kimi istirahət et”  dedi.  Sən demə məni işdən çıxardırmış. 10 gün sonra geri qayıtdığımda məni evə buraxmadılar. Ona heç vaxt haqqımı halal eləmərəm.”

Qadın eyni zamanda, Sibel Canın onu siğortasız işlətdiyini buna görə də pensiya ala bilməyəcəyini vurğulayıb.



 

OXŞAR XƏBƏRLƏR