“SOCAR Georgia Petroleum” Gürcüstanda ən iri vergi ödəyicisidir

Bütün Xəbərlər
09:29 27.01.2011
1945

ARDNŞ-dan verilən məlumata görə, tədbirdə ötən il Gürcüstan büdcəsinə 150 milyon lari həcmində vergi ödəyən “SOCAR Georgia Petroleum” şirkəti “Dövlət büdcəsinə ən iri vergi ödəyicisi” nominasiyası üzrə qalib elan edilib. 

 

Bundan başqa, “SOCAR Georgia Petroleum” 2010-cu ildə “Gürcüstan ərazisində ən böyük sərmayə qoymuş şirkət”, “Ən yaxşı infrastruktura malik yanacaqdoldurma məntəqələri” və “Xeyriyyəçi şirkət” nominasiyalarında da qalib gəlib. Eyni zamanda, ARDNŞ-nin Gürcüstanda idarə etdiyi Kulevi Qara Dəniz Terminalı “Ən yaxşı infrastruktura malik neft və neft məhsulları terminalı” nominasiyasında birinciliyi qazanıb. 

Tədbirdə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobalia, ölkənin maliyyə naziri Kaxa Bainduraşvili, energetika nazirinin müavini Mariam Valişvili, Tbilisi şəhərinin meri Qiqi Uqulava, SOCAR Energy Georgia MMC-nin baş direktoru Mahir Məmmədov və şirkətin digər rəhbər şəxsləri iştirak ediblər.

Qeyd etmək lazımdır ki, “SOCAR Georgia Petroleum” artıq dördüncü ildir ki, Gürcüstanın dövlət büdcəsinə ən iri vergi ödəyicisi kimi mükafatlandırılır. Sevindirici haldır ki, ARDNŞ-nin həmin törəmə müəssisəsi qonşu ölkəyə ən çox sərmayə yatıran şirkətlər sırasında da birinciliyini təsdiq edib. Şirkət 2010-cu ildə Gürcüstan iqtisadiyyatına 52 milyon lari həcmində sərmayə qoyub.

OXŞAR XƏBƏRLƏR