Bu barədə cümə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov bildirib.
"Bakalavr prosesinə keçəndən sonra tələbənin üç akademik borcu olan təqdirdə ali təhsil müəssisəsindən xaric olunur, lakin yeni qanunla həmin müddəa aradan qaldırılacaq", - Məhərrəmov qeyd edib.
Millət vəkili həmçinin qeyd edib ki, yeni qanunda dövlət sifarişi ilə oxuyan tələbənin kredit borcu olarsa, ona təqaüdün verilməməsi məsələsi də qeyd olunur. "Misal üçün dördüncü kursu bitirən tələbənin ikinci kursdan borcu qalıb – onu ödəsin, yoxsa əsgərliyə getsin, - Məhərrəmov bildirib. - Bu kimi bir çox ziddiyyətli məsələlər yeni "Ali təhsil haqqında" qanunda öz əksini tapacaq".
Millət vəkili qeyd edib ki, "Təhsil haqqında" çərçivə qanun tətbiq olunandan sonra onun bölmələrindən olan "Ali təhsil haqqında" qanun hazırlanıb.