8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır - FOTOLAR

8300 mAh batareyaya malik, sarsılmaz HONOR X9d artıq satışdadır - FOTOLAR
İQTİSADİYYAT
13:29 07.11.2025
1295
7 noyabr 2025 tarixində yeni HONOR X9d smartfonunun Azərbaycanda rəsmi satışı başladı. Bu model rekord göstəriciyə malik 8300 mAh silikon-karbon batareyası ilə təchiz edilmiş möhkəm cihazdır.
 
AZXEBER.COM xəbər verir ki, HONOR X9d qabaqcıl texnologiyaları, gücləndirilmiş korpusu, yüksək qoruma sistemi və gündəlik istifadə üçün ağıllı funksiyaları özündə birləşdirir.

HONOR X9d bazarda ən etibarlı smartfonlardan biridir. O, "SGS Triple Resistant Premium Performance" üçqat qoruma sertifikatına və "SGS 5-Star Comprehensive Reliability" dəyərləndirməsinə malikdir ki, bu da onun zərbələrə, suya və toza qarşı dayanıqlılığını təsdiqləyir. HONOR Ultra-Bounce Anti-Drop texnologiyası və yeni ultrasərtləşdirilmiş şüşə sayəsində cihaz 2,5 metr hündürlükdən düşmələrə davamlıdır.

Suya və toza qarşı qoruma sistemi "Water Resistance Structure 2.0" IP68+IP69K standartlarına tam cavab verir. Bu, cihazın soyuq və isti suda və hətta yüksək təzyiq şəraitində belə işləməsini təmin edir. "AI Touch Enhancement" sistemi yağışda və ya əlcək taxıldıqda belə toxunuş dəqiqliyini artırır.

8300 mAh güclü batareya sayəsində tam şarj ilə smartfonu üç günə qədər işlətmək mümkündür. 66 Vt HONOR SuperCharge texnologiyası isə cihazın enerjisini qısa zamanda bərpa etməyə imkan verir. Smartfon altı il istifadə olunduqdan sonra belə tutumunun 80%-ni qoruyur. -30°C-dən +55°C-yə qədər olan temperatur şəraitində sabit işləyir.

108 MP əsas kamera, 1/1,67 düymlük böyük sensor və OIS+EIS sabitləşdirmə sistemi ilə istənilən işıq şəraitində aydın və parlaq kadrlar çəkməyə imkan verir. İstifadəçilər üçün AI silgi (AI Eraser), AI şəkil keyfiyyətinin artırılması (AI Upscale), və əksin silinməsi (AI Reflection Removal) kimi ağıllı redaktə alətləri də mövcuddur.

6,79 düymlük AMOLED ekran 1.5K təsvir ölçüsü, 120 Hz yenilənmə tezliyi və 6000 nit pik parlaqlıq səviyyəsi ilə möhtəşəm görüntü keyfiyyəti təqdim edir. HONOR Eye-Comfort texnologiyası və 3840 Hz PWM sayəsində isə gözləriniz qorunma altındadır.

Smartfon Snapdragon 6 Gen 4 prosessoru ilə yüksək performansı təmin edir və Android 15 MagicOS 9.0 əməliyyat sistemi ilə təchiz olunub. 8+256 GB və 12+256 GB yaddaş konfiqurasiyaları mövcuddur, həmçinin HONOR RAM Turbo texnologiyası sayəsində tətbiqlərin işləməsi daha hamar və sürətli olur.

HONOR X9d aşağıdakı rənglərdə təqdim olunur: Qırmızımtıl Qəhvəyi, Gecəyarı Qarası və Meşə Yaşılı. Modeli İrşad, Soliton, Kontakt Home, Smart Electronics, Digital Home, Barkod, World Telecom, ByTelecom, Birmarket mağazalarından və Azercell, Bakcell və Nar rəsmi dilerlərindən əldə edə bilərsiniz.

Qiymət - 8+256 GB versiyası üçün 799,99 AZN, 12+256 GB versiyası üçün isə 899,99 AZN.

7 noyabr – 31 dekabr tarixləri arasında alınan smartfonlara əlavə ekran zəmanəti təklif olunur. Təklifə alışdan sonra altı ay ərzində ekranın təmiri və ya bir dəfə dəyişdirilməsi xidməti daxildir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi