84 milyon pulu ölkəyə qaytarmadılar - Həbs edildilər

84 milyon pulu ölkəyə qaytarmadılar - Həbs edildilər
SOSİAL
12:22 28.10.2024
277
Xaricə ixrac olunan 84 milyon manatdan artıq dəyərdə kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan daha bir qrup vəzifəli şəxs ifşa edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işi üzrə "Fruit Yard” və "Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 31.5 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Süleymanov Anar Aydın iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddələrlə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə "EA-Fruits” MMC tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Məmmədov Adil Nüsrət oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd olunan maddə ilə ona ittiham elan edilib və barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Quba rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2, *308.2 və digər maddələri ilə başlanmış cinayət işi üzrə "ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 2,2 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Rəşid Elşad oğlu, Abbasov Ceyhun Şakir oğlu və Əhmədov Elməddin Məhəmməd oğlu cinayət işi üzrə sadalanan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib və onların hər biri barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələri ilə başlanmış cinayət işi üzrə "TMYB” MMC tərəfindən ümumilikdə 130 min ABŞ dolları pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 221 min manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Nəsirov Hacı Səttar oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə  qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?