85 tələbə saxlanıldı

DÜNYA
13:21 27.04.2012
2220
Kanadanın Monreal şəhərində minlərlə tələbənin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Etirazçıları ayağa qaldıran hökumətin təhsil sahəsində həyata keçirməyə hazırlaşdığı islahatlar olub. Belə ki, hökumətin yeni tədbirlərində təhsil haqqlarının artırılması nəzərdə tutulub. Qvebek hökumətinin Klasse adlı fəal tələbə qrupunu danışıqlar masasından uzaqlaşdırması tələbələri bir qədər də qıcıqlandırıb. Etiraz aksiyaları bir anlıq nəzarətdən çıxaraq kütləvi iğtişaşlarla əvəz olunub. Hokkeyçi və sevimli qəhrəman maskaları taxmış gənclər yaxınlıqdakı polis məntəqələrinin, bankların və digər ofis binalarının şüşələrini qırıb.

OXŞAR XƏBƏRLƏR