Kubanın keçmiş lideri Fidel Kastro dünyanın gələcəyi ilə bağlı ümidsiz danışıb.
Kastro dünyanın amansızca uçuruma doğru getdiyini söyləyib. AZXEBER.COM portalının Qərb KİV-nə istinadən verdiyi xəbərə görə, Kubanın keçmiş liderinin qələmə aldığı “Uçuruma doğru gediş” başlıqlı məqaləsi internet saytlarında yayımlanmağa başlayıb.
Kastro məqaləsində “Bir çox təhlükə ilə üz-üzəyik. Ancaq bunlardan ikisi –nüvə müharibəsi və iqlim dəyişiklikləri bizi daha çox təqib edir” başlığı ilə çıxış edib.
85 yaşındakı Castro ,dünyada hal-hazırda 20 mindən artıq nüvə mərmisi olduğunu və bunlardan sadəcə 100-nün dünya nüfuzuna dəhşətli təsir etmək üçün kifayət olduğunu ifadə edib.