87 yaşlı Şirməmməd Hüseynov: “Azərbaycanı parçalamaq istəyirlər”
MEDİA
12:31 18.12.2011
2604
Jurnalistikamızın ağsaqqalı və jurnalsitlərin müəllimi Şirməmməd Hüseynov bu gün 87 yaşını qeyd edir. Modern.az saytı ustad jurnalisti ilk təbrik edənlər sırasında olub və ondan ad gününü necə qeyd etdiyini xəbər alıb.Ş.Hüseynov deyib ki, onu ilk təbrik edən ailə üzvləri olub: “Hələ günün sonuna çox qalır. Axşama qədər təbrik edənlər çox olacaq”. Milli mətbuatımızın ağsaqqalı 87 yaşı tamam olduğu gün indiki jurnalistlərə tövsiyyələrini də səsləndirib. “Jurnalistlərə daha çox müstəqil Azərbaycanın qədrini bilmələrini arzu edirəm. Biz hələ müstəqilliyi dərk edə bilməmişik”,-söyləyən qocaman mətbuat araşdırmaçısı daha sonra “Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, insanların bir hissəsində milli hiss, vətənpərvərlik var. Biz bu hisslə yola çıxaraq Cumhuriyyət qurduq. Ancaq bu müstəqillik o zaman davam edəcək və dövlət yaşayacaq ki, milli fikir insanların əksəriyyətində olsun”-deyə əlavə edib. Ş.Hüseynovun sözlərinə görə, vətənpərvərlik hissləri insanlarda birdən-birə yarana bilməz. Bunun üçün 100 illər lazımdı.