9-cu sinif şagirdləri üçün buraxılış imtahanları çətin keçib? - VİDEO

9-cu sinif şagirdləri üçün buraxılış imtahanları çətin keçib? - VİDEO
SOSİAL
22:29 05.04.2026
902
İmtahan keçirilən məktəbin qarşısında azyaşlı bacısının çıxacağını səbrsizliklə gözləyir, digər tərəfdə isə valideynlərin həyəcanı hiss olunur.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt və bölgələrdə 9-cu sinif şagirdlərinin buraxılış imtahanı keçirilib. Ümumilikdə 50 minə yaxın 9-cu sinif şagirdi imtahan verib.

Valideynlər övladlarının imtahandan çıxmasını həyəcanla gözləyib, bəziləri isə sevinc və ümidlərini bölüşüblər.
İmtahandan çıxan şagirdlər isə suallar barədə fərqli fikirlər səsləndiriblər. Onların sözlərinə görə, bəzi fənlər asan olsa da, riyaziyyat sualları bir qədər çətin olub.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilib. İmtahanların nəticələrinin yaxın günlərdə elan olunacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR