Xırdalanda faciənin bir addımlığında: Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO

Xırdalanda faciənin bir addımlığında: Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
SOSİAL
00:04 07.06.2026
138
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.

OXŞAR XƏBƏRLƏR