Laçında "yeni yaşayış məhəlləsi"nin təməli qoyulur - VİDEO

Laçında "yeni yaşayış məhəlləsi"nin təməli qoyulur - VİDEO
SOSİAL
23:51 06.06.2026
121
Laçın şəhərində növbəti iri yaşayış layihəsinin icrasına başlanılır. Şəhərin inzibati ərazisində inşa ediləcək "Yeni Yaşayış Məhəlləsi" həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib.

Binalardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.

Burada yalnız yaşayış binalarının deyil, sakinlərin rahatlığı və sosial rifahı üçün zəruri olan ictimai məkanların da yaradılması nəzərdə tutulur.
Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib.

OXŞAR XƏBƏRLƏR