9 rayon qazsız qalacaq

9 rayon qazsız qalacaq
Bütün Xəbərlər
12:01 31.10.2014
646
Təmir işlərinin aparılması ilə əlaqədar.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM -a daxil olan məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Səbail rayonunun bir hissəsinə, saat 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 18:00-dək isə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, Masallı, Cəlilabad rayonlarının bir hissəsinə, Yevlax rayonunun Marzılı, Yenicə, Xaldan və Hacıselli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR