9 uşağı öldürən şəxs edam oluna bilər

DÜNYA
09:50 20.12.2012
1594

ABŞ hərbi komandalığı 16 dinc Əfqanıstan sakinini qətlə yetirmiş hərbçinin edam edilməsinə çalışacaqlarını bildirib.

Bu ilin martında Əfqanıstanın Qəndəhar əyalətində baş çavuş Robert Beylz xəbərdarlı etməndə, heç bir əsası olmadan 16 dinc sakini, o cümlədə 9 az yaşlını güllələyərək, qətlə yetirib.

Bu qanlı olay Əfqanıstan hakimiyyəti ilə ABŞ-ın oradakı hərbi komandalığı arasında münasibəti kəskin şəkildə pisləşdirmişdi.

Beylzin məhkəməsinin başlayacağı tarix hələlik açıqlanmayıb. O, özü baş verənləri qarışıq xatırladığını bildirib.

Mənbənin məlumatına əsasən, son 50 ildə ABŞ-da heç bir hərbiçi barəsində ölüm hökmü çıxarılmayıb.//Lent.az

OXŞAR XƏBƏRLƏR