9 yaşlı Aylanın köməyinizə ehtiyacı var - VİDEO

SOSİAL
15:05 12.08.2022
1613
9 yaşlı Aylanın köməyinizə ehtiyacı var.
 
AZXEBER.COM xəbər verir ki, talassemiya xəstəliyindən əziyyət çəkən 9 yaşlı Aylanın dəstəyimizə ehtiyacı var.
 
Belə ki, anadangəlmə Talassemiya xəstəsi olan Aylanın sağalması üçün ilik nəqlinə ehtiyacı var.
 
Aylanın anası Nərminə xanım bildirib ki, ilik nəqli üçün tələb olunan məbləğin 37.800 manatı yığılıb:
 
"Ayla 8 aylıq olanda biz onun talassemiya xəstəsi olduğunu öyrəndik. Bir ana üçün bunu bilmək çox ağır idi. Ancaq heç nə edə bilməzdik, çünki talassemiyanın ən ağır formasından əziyyət çəkirdi Ayla. Ancaq biz bu xəstəliyə qalib gəlmək üçün əlimizdən gələni edirik. Hər 20 gündən bir Bakıya gəlib, Aylaya qan köçürürük. Aylanın bu xəsyəliyə qalib gəlməsi üçün 32.200 manat pul yığılmalıdır. Biz ümid edirik ki, talassemiya yox Ayla qalib gələcək".
 
Günel Hüseynli
Töhfə Səmədova

 



OXŞAR XƏBƏRLƏR