"90 faiz qələbə bizimdir" - Ağamirzə "Neftçi" - "Beşiktaş" oyunu haqda danışdı

İDMAN
13:11 10.08.2023
433
"Beşiktaş" azarkeşi olan tanınmış meyxanaçı Ağamirzə Məmmədov bu gün baş tutacaq "Neftçi”- "Beşiktaş" matçı haqda danışıb.

O, AZXEBER.COM-a açıqlamasında bugünkü oyunda kimi dəstəkləyəcəyini açıqlayıb.

O bildirib ki, "Beşiktaş" azarkeşi olsa da, "Neftçi”- "Beşiktaş” oyununda "Neftçi”ni dəstəkləyəcək:

"Mən "Neftçi” azarkeşiyəm. Bu komandanı uşaqlıqdan dəstəkləyirəm. Türkiyə bizim qardaşımızdır, hər iki komanda bizimdir. "Neftçi” - "Beşiktaş” oyununu maraqla izləyəcəm. Çox maraqlı oyun olacaq. Allah qoysa, 90% qalibiyyət bizimdir”.

Qeyd edək ki, bu gün "Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21:00-da başlayacaq.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR