90 yaşlı Sultan kişi özünü asdı

Bütün Xəbərlər
19:47 17.12.2010
2013

Ağdaş rayonunda intihar hadisəsi qeydə alınıb. Mingəçevirdə yaşayan 1956-cı il təvəllüdlü Hüseynov Tərlan Məhəmməd oğlu dünən axşam qardaşının evinə qonaq gəlib və gecə həyətyanı sahədəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

Dörd uşaq atası Tərlan Hüseynovun ailəsi Rusiyada yaşayır. Ailəsindən ayrı yaşayan T. Hüseynov Mingəçevirdə xırda ticarətlə məşğul olub. Onun intihar etməsindən qardaşı səhər saat 8:00 radələrində xəbər tutub.

Daha bir intihar hadisəsi Gəncə şəhərində baş verib. Şəhər Prokurorluğundan verilən məlumata görə, Sevil Qazıyeva küçəsində yaşayan 22 yaşlı Ülviyyə Hüseynova özünü plastik iplə asıb. Onun öüzünü öldürməsinin səbəbləri məlum deyil. Ülviyyə Hüseynovanın iki ay əvvəl ailə qurduğu bildirilir./// Bizimyol

OXŞAR XƏBƏRLƏR