900 min dollara şəhər satıldı - FOTOLAR

DÜNYA
16:11 06.04.2012
2890

ABŞ-ın Vayominq ştatındakı Buford şəhəri 900 min dollara satılıb. Şəhər onun yeganə daimi sakini başqa yerə köçmək barədə qərar qəbul etdikdən sonra auksiona çıxarılmışdı. “Associated Press” agentliyinin məlumatına görə, şəhəri iki Vetnam sakini alıb.

Dörd hektar ərazisi olan və ABŞ-ın ən kiçik şəhəri sayılan Buforda 100 min dollarlıq ilkin hərrac qiyməti qoyulmuşdu. Şəhərin yeganə sakini və meri Don Sammonsa məxsus bir neçə tikili satışa çıxarılmışdı. Onların arasında əfsanəvi cinayətkar Butç Kessidinqin vaxtilə qarət etdiyi mağaza, 1905-ci ildə inşa edilmiş inzibati bina, qaraj, üç yataq otağı olan yaşayış evi və kiçik emalatxana var.

Butç Kessididən başqa Bufordu başqa tarixi şəxsiyytlər də ziyarət ediblər. Məsələn, ABŞ-ın 18-ci prezidenti Uliss Qrant.

Şəhər dəniz səviyyəsindən 2,5 min kilometr yüksəklikdə, Nyu-York və Kalifoniyanı birləşdirən yolda yerləşir. Onun əsası 1886-dı ildə vətəndaş müharibəsinin iştirakçısı general Con Buford tərəfindən qoyulub. İlk vaxtlar şəhərdən dəmir yolu xətti inşa edən fəhlələri mühafizəsi ilə məşğul olan əsgərlər üçün istehkam kimi istifadə olunub.

OXŞAR XƏBƏRLƏR